“Lexus” və “Toyota” brendinin Rusiyaya satılan avtomobilləri geri qaytarılır.
Bizim.Media “TASS”a istinadən xəbər verir ki, bu barədə Rosstandartın saytında məlumat yerləşdirilib.
Məlumata görə, “Lexus” və “Toyota” brendlərinin Rusiyadakı istehsalçısının rəsmi nümayəndəsi olan “Toyota Motor” MMC 28 noyabr 2020-ci il tarixindən indiyədək satılan 47 mindən çox avtomobili geri çağırıb.
Bildirilib ki, buna səbəb ağır qəza zamanı sözügedən avtomobillərin avtomatlaşdırılmış informasiya sistemindən geri çağırışı qəbul edə bilməyəcəyi ehtimalı olub.
Belə ki, hər hansı qəzalar zamanı nəqliyyat vasitəsinin yeri barədə məlumatlar fövqəladə halların aradan qaldırılması üçün avtomatlaşdırılmış məlumat sisteminə yanlış ötürülə bilər.
Bizim.Media
- A-
- A
- A+
Dünya
21:13 / 23.01.2023
Rusiyaya satılan “Lexus” və “Toyota” maşınları geri ALINDI
Hazırda oxunan: Rusiyaya satılan “Lexus” və “Toyota” maşınları geri ALINDI
Hazırda oxunan: Rusiyaya satılan “Lexus” və “Toyota” maşınları geri ALINDI
116277
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.