İraqda 33 terrorçu məhv edildi - Türkiyə Ordusu şəhidlərin qisasını aldı

İraqda 33 terrorçu məhv edildi - Türkiyə Ordusu şəhidlərin qisasını aldı

Hazırda oxunan: İraqda 33 terrorçu məhv edildi - Türkiyə Ordusu şəhidlərin qisasını aldı

11624

İraqın şimalındakı Qara bölgəsində terrorçulara qarşı başladılan “Pençe Kartal-2” əməliyyatında 33 terrorçu zərərsizləşdirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

İraqda PKK-ya qarşı böyük əməliyyat: 3 türk hərbçisi öldü


“Əməliyyat çərçivəsində, ilk növbədə, terrorçulara aid hərbi sığınaqlar, silah-sursat anbarı, qondarma qərargah yerləri və mağaralardan ibarət 50-dən çox hədəf hava hərəkatı ilə məhv edilib.

40-dan çox təyyarənin iştirak etdiyi əməliyyatda PUA və zərbə PUA-ları ilə yanaşı, tanker və kəşfiyyat təyyarələrinə tapşırıq verilib.

Əməliyyata 40-dan çox təyyarə, o cümlədən PUA və zərbə PUA-ları cəlb edilib. Bundan başqa, kəşfiyyat təyyarələri vasitəsilə terrorçuların gizləndiyi yer müəyyənləşdirilib.

Hava hərəkatından sonra isə bölgəyə helikopter vasitəsilə quru qoşunlar yeridilib. İlk qarşıdurmada şəhid olan qəhrəman əməkdaşlarımızın qanı yerdə qalmayıb”, - məlumatda qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO