Bu il Ümrə ziyarəti qiymətləri nə qədərdir? – Fevral ayı üçün SƏNƏD QƏBULU başlayıb

Bu il Ümrə ziyarəti qiymətləri nə qədərdir? – Fevral ayı üçün SƏNƏD QƏBULU başlayıb

Hazırda oxunan: Bu il Ümrə ziyarəti qiymətləri nə qədərdir? – Fevral ayı üçün SƏNƏD QƏBULU başlayıb

116220

Bu il Həcc ziyarətinə sənəd qəbulu hələ başlamasa da, hazırda Ümrə ziyarətinə getmək istəyənlər üçün sənəd qəbulu həyata keçirilir.

Qafqaz Müəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri Bizim.Media-ya açıqlamasında bildirib ki, hazırda QMİ xətti ilə Səudiyyə Ərəbistanına gedən 17 nəfər Ümrə ziyarətini yerinə yetirir.

İdarə rəsmisi qeyd edib ki, Ümrə ziyarətinin qiyməti 1240 dollardır: 

“Ümrə ziyarətinə növbəti ziyarət fevralın 20-dən 27-dək baş tutacaq”.

Qeyd edək ki, Həcc ziyarətinin təşkilini yalnız QMİ həyata keçirsə də Səudiyyə Ərəbistanına Ümrə ziyarətini başqa şirkətlər də təşkil edir.   

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO