“Xüsusi nümayəndələr institutu idarəetmədə çevikliyin təmin olunması üçün yaradılır”.
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.
MÖVZU İLƏ BAĞLI:
''Köhnə və yeni nazirlər kimi bölgülər qarşıdurma yaratmaq üçündür'' - Zahid Oruc
Deputat bildirib ki, Prezident tərəfindən təyin edilən adamlar xalqa hesabat vermirlər, onlar Prezidentə hesabat verirlər:
“Amma buna görə seçkili orqan olan bələdiyyələrin səlahiyyətləri artırılmalıdır. Buna getməsək, ciddi inkişafa nail ola bilmərik.
Dünya təcrübəsi var. O təcrübələr göstərir ki, yerli hakimiyyətləri xalq formalaşdırmalıdır.
Gələcəkdə icra hakimiyyətləri ləğv olunmalıdır. Onların bütün səlahiyyətləri bələdiyyələrə verilməlidir”.
Bizim.Media