"Sərhədçi PİK" zirvəyə şərik oldu, "Neftçi İK"dən isə sürpriz qələbə - FOTO

Hazırda oxunan: "Sərhədçi PİK" zirvəyə şərik oldu, "Neftçi İK"dən isə sürpriz qələbə - FOTO

116119

22 yanvar tarixində Sərhədçi İdman Mərkəzində iki oyun ilə Azərbaycan Basketbol Liqasının (ABL) 14 -cü turuna yekun vurulub.

Bizim.Media xəbər verir ki, günün ilk oyunu "Sərhədçi PİK" və "Gəncə BK" komandaları arasında baş tutub. 

Oyuna fəal başlayan sərhədçilər rəqibi üzərində 86-78 hesablı qələbəyə seviniblər. 

Ən məhsuldar basketbolçular: "Sərhədçi PİK" (Maksvel Starvud - 25 xal, 12 ribaund), "Gəncə BK" (Kolin Törner - 24 xal, 13 ribaund).

Günün ikinci oyununda "NTD BK" və "Neftçi İK" basketbolçuları qarşılaşıblar. Bu görüşdə neftçilər sensasiyaya imza ataraq, 86-79 hesablı qələbə qazanıblar. 

Ən məhsuldar basketbolçular: "NTD BK" (Kuinton Kempbel - 19 xal, 4 ribaund ), "Neftçi İK" ( Denis Cons - 24 xal, 6 ribaund).

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO