Ukraynadan gizli olaraq Ermənistana kəşfiyyat dronları göndərilir - VİDEO

Ukraynadan gizli olaraq Ermənistana kəşfiyyat dronları göndərilir - VİDEO

Hazırda oxunan: Ukraynadan gizli olaraq Ermənistana kəşfiyyat dronları göndərilir - VİDEO

116061

“Vətənimizə yenə kömək etməliyik, hazırda da bu işlə məşğuluq. Düzünü desəm, biz artıq özəl olaraq Ermənistana kəşfiyyat dronları göndərmişik”.

Bizim.Media xəbər verir ki, bu fikirləri ermənilərə məxsus “Noyan tapan” telekanalının efirində “Ukrayna Erməniləri İttifaqı”nın icraçı direktoru Ovakim Arutyunyan səsləndirib.

“Onları bizim vasitəmizlə təyyarə ilə göndərənləri tanıyıram. Varşava-İrəvan reysi ilə Ukraynadan ordumuza böyük köməkliklər göndərilir”, deyə o, əlavə edib.
Arutyunyan hazırda Ukraynada müharibə getdiyini xatırladıb:

“Buna baxmayaraq bizim ermənilər buradan Ermənistana kömək edirlər. Üstəlik, Ukrayna tərəfində vuruşan hərbçilərimiz texnoloji müharibə getdiyindən Ermənistandakı qardaşlarına yardım, o cümlədən dronlar göndərə bilirlər”. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO