Moldova Türkiyə ilə ticarətin həcmini artırmaq niyyətindədir

Moldova Türkiyə ilə ticarətin həcmini artırmaq niyyətindədir

Hazırda oxunan: Moldova Türkiyə ilə ticarətin həcmini artırmaq niyyətindədir

116018

Moldova Türkiyə ilə ticarətin həcmini 1 milyard dollara çatdırmaq istəyir. 

Bizim.Media xarici KİV-nə istinadən verdiyi məlumata görə, bunu kənd təsərrüfatı naziri Vladimir Bolea türkiyəli həmkarı Vahit Kirişçiylə görüşündə deyib.

"Əməkdaşlığımız nəticəsində əmtəə dövriyyəsini 1 milyard dollara çatdırmağı qarşımıza məqsəd qoymuşuq. Moldovanın kənd təsərrüfatı məhsullarının ixracının həcmini artırmaq imkanları var", - deyə Bolea bildirib.

Nazirin sözlərinə görə, Kişinyov tərəvəz emalı və suvarma sahəsində Türkiyə təcrübəsini mənimsəməyi planlaşdırır. Bundan əlavə, ölkə Türkiyə bazarına heyvandarlıq məhsulları ilə çıxmaq niyyətindədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO