Qızılağac Milli Parkında çöl donuzu ovlayan şəxs saxlanıldı

Qızılağac Milli Parkında çöl donuzu ovlayan şəxs saxlanıldı

Hazırda oxunan: Qızılağac Milli Parkında çöl donuzu ovlayan şəxs saxlanıldı

116017

Qızılağac Milli Parkının ərazisində çöl donuzu ovlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin və Qızılağac Milli Parkının əməkdaşlarının qeyri-qanuni ovçuluqla məşğul olan şəxslərin aşkarlanması istiqamətində birgə keçirdikləri növbəti tədbir zamanı Milli Parkın ərazisində çöl donuzu ovlayan Masallı rayon sakini Fuad Nəsrullayev saxlanılıb.

Ondan qanunsuz olaraq ovladığı 2 ədəd çöl donuzu və 1 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi aşkarlanaraq götürülüb.

Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO