UNEC-in Zaqatala filialının şəhid və döyüşçü tələbələrinə həsr olunan kitab TƏQDİM OLUNDU - FOTO 

UNEC-in Zaqatala filialının şəhid və döyüşçü tələbələrinə həsr olunan kitab TƏQDİM OLUNDU - FOTO 

Hazırda oxunan: UNEC-in Zaqatala filialının şəhid və döyüşçü tələbələrinə həsr olunan kitab TƏQDİM OLUNDU - FOTO 

116001

UNEC Zaqatala filialının şəhid tələbəsi və döyüşçü tələbələri haqda kitabın təqdimatı keçirilib.

"Auditoriyadan səngərə" kitabı UNEC Zaqatala filialının şəhid tələbəsi Anar Qarayevin döyüş yolundan həmçinin hazırda bu ali məktəbdə qiyabi təhsil alan Vətən müharibəsi iştirakçısı olan tələbələrin döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan bəhs edir.

Bizim.Media-nın yerli bürosunun məlumatına əsasən, kitabın ideya müəllifi, UNEC-in rektoru Ədalət Muradov, müəllifləri isə professor Orucəli Rzayev və Gülnigar Qurbanlıdır.

Bu münasibətlə təşkil edilən təqdimat mərasimində filialın əməkdaşları, şəhid Anar Qarayevin valideynləri, eləcə də filialın Vətən müharibəsi iştirakçıları olan tələbələ iştirak ediblər.
Təqdimatı UNEC Zaqatala filialının direktor müavini, dosent Həqiqət Qədimova açaraq şəhid Anar Qarayevin həyat və döyüş yoluna nəzər salıb.

Bildirilib ki, şəhid filialın “İqtisadiyyat” fakültəsini başa vurduğu ildə Vətən müharibəsi başlayıb.

Anar isə valideynlərindən xəbərsiz hərbi komissarlığa gedərək könüllü olaraq döyüşlərə qatılıb. Döyüşlərdə ön sıralarda gedən Anar öz cəsarəti ilə döyüş yoldaşları arasında xüsusi fərqlənirmiş.

Bu mərd vətən oğlu Suqovuşan istiqamətində gedən döyüşlərdən birində yaralı yoldaşlarını xilas edəndən sonra özü də vuruşmağa başlayıb və namərd düşmən gülləsinə tuş gəlib. Elə Suqovuşanda da şəhidlik zirvəsinə ucalıb.

Həqiqət Qədimova "Auditoriyadan səngərə" kitabının ilk nüsxəsini şəhid Anar Qarayevin valideynlərinə təqdim edib.

Mərasimdə şəhid ailə üzvləri və Vətən müharibəsi iştirakçısı olan filial tələbələri çıxış edərək erməni işğalçılarına qarşı hər bir əsgər və zabitin sona kimi mərdliklə döyüşdüyünü, qələbə əzminin sarsılmaz olduğunu diqqətə çatdırıb.
Daha sonra mərasimdə iştirak edənlərə kitablar hədiyyə olunub.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO