Zaurun jesti Xatirə ilə atasını AĞLATDI – VİDEO

Zaurun jesti Xatirə ilə atasını AĞLATDI – VİDEO

Hazırda oxunan: Zaurun jesti Xatirə ilə atasını AĞLATDI – VİDEO

115951

Müğənni Xatirə İslam ölkədən kənarda xəstəxanada başına gələn hadisəni yada salaraq, canlı efirdə ağlayıb. 

Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu “Zaurla Günaydın” səhər şousunda aparıcı Zaur Baxşəliyevin ona qarşı etdiyi jestdən danışıb. 

“Müayinə olunmaq üçün xarici ölkəyə getmişdim. Bu barədə Zaur xəbər tutdu. O mənə zəng edib dedi ki, həkimin nömrəsini ver (ağlayır). Həkimlə danışanda isə deyib ki, Xatirəyə nə lazımdırsa dəstək olun. Zaur onsuz da maddi cəhətdən problemim olmadığını bilirdi. Allaha min şükür. Televiziyada çalışanlar bilir, lakin kənardan bizi izləyən tamaşaçılarımız bixəbərdilər. 

Zaur “Instagram” hesabında hər adamı reklam etmir. Etsə də, çox nadir hallarda edər.

Həkimimə təklif etmişdi ki, sən bunu Xatirə üçün et, ürəyin nə istəyirsə ömür boyu edəcəyəm. Bunu biləndə o qədər pis olmuşdum ki... Mənsiz o bu addımı atmışdı (Bu anda Zaur Baxşəliyevi qucaqlayır və ağlayır)”, - deyə Xatirə İslam vurğulayıb. 

Qeyd edək ki, Xatirə İslam uzun müddət ikinci dəfə ana olmaq üçün müalicə olunub. Lakin onun bu istəyi həyata keçməyib.

Xatirə bu dönəmdə artıq çəki aldığından bütün müalicələrini dayandırıb və ciddi pəhriz saxlayaraq, əməliyyatsız 15 kiloqram çəki atdığını açıqlayıb. 

Xatırladaq ki, Xatirə İslamın Emil adlı bir oğlu var.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO