İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zühuri İranla Ermənistan arasındakı münasibətə aydınlıq gətirib.
Bizim.Media "Azad İran" teleqram kanalının verdiyi məlumata istinadən xəbər verir ki, o, “İran bütün qonşu ölkələrlə bütün sahələrdə əməkdaşlığı inkişaf etdirmək siyasəti yürüdür” deyə çıxışında qeyd edib.
“Ermənistan bizimlə qonşu və dost ölkədir. Biz Ermənistanla münasibətlərimizi məhz bunun əsasında qururuq. Ermənistanın təhlükəsizliyi İranın təhlükəsizliyidir”, - səfir bildirib.
Onun iddiasına görə, İranın mövqeyi həmişə beynəlxalq qanunlara uyğun olaraq bütün ölkələrin, o cümlədən Ermənistanın müstəqilliyinə və ərazi bütövlüyünə hörmət etməkdən ibarət olub: “Ümid edirəm ki, iki qədim və çoxəsrlik ölkə arasında bu qarşılıqlı əlaqə bundan sonra da inkişaf edəcək".
İranlı diplomat həmçinin qeyd edib ki, Tehran və Yerevan arasında yollar, iqtisadi əməkdaşlıq və digər sahələrlə bağlı müxtəlif istiqamətlərdə işlər aparılır.
Bizim.Media
- A-
- A
- A+
Region
14:21 / 21.01.2023
"Ermənistanın təhlükəsizliyi İranın təhlükəsizliyi deməkdir" - İran səfirindən ermənipərəst AÇIQLAMA
Hazırda oxunan: "Ermənistanın təhlükəsizliyi İranın təhlükəsizliyi deməkdir" - İran səfirindən ermənipərəst AÇIQLAMA
Hazırda oxunan: "Ermənistanın təhlükəsizliyi İranın təhlükəsizliyi deməkdir" - İran səfirindən ermənipərəst AÇIQLAMA
115943
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.