“Doqquz ölkədə yaşayan ahıskalılar olaraq, bu gün Azərbaycana gəldik ki, qardaşlarımızın yanında olduğumuzu, şəhidlərimizi unutmadığımızı bütün dünyaya göstərək”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Dünya Ahıska Türkləri Birliyinin sədri Ziyəddin Kassanov jurnalistlərə açıqlamasında səsləndirib.
“Azərbaycanın kədəri bütün türk dünyasının, o cümlədən, ahıska türklərinin kədəri, sevinci sevincimizdir. Amma bu gün özəl bir gündür. Bu gün Azərbaycan xalqı SSRİ xalqları içərisində ilk dəfə ayağa qalxdı. SSRİ-nin parçalanmasına Azərbaycan xalqı yol açdı. Sovetlərin dağılmasının başlanğıcı, diriliş günü məhz həmin gün idi.
Bu gün biz Azərbaycana gələndə qürurlanırıq. Çünki 44 günlük savaş bizim zəfərimiz oldu. 9 ahıskalı da döyüşlərdə şəhid oldu. İskəndər Aznaurov isə Azərbaycanın Milli Qəhrəmanıdır. Biz azərbaycanlılarla öz aramızda heç bir fərq görmürük”, - deyə Ziyəddin Kassanov əlavə edib.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:58 / 20.01.2023
“SSRİ-nin parçalanmasına Azərbaycan xalqı yol açdı” – Ahıska türklərinin LİDERİ
Hazırda oxunan: “SSRİ-nin parçalanmasına Azərbaycan xalqı yol açdı” – Ahıska türklərinin LİDERİ
Hazırda oxunan: “SSRİ-nin parçalanmasına Azərbaycan xalqı yol açdı” – Ahıska türklərinin LİDERİ
115780
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.