Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iclası keçirildi - FOTO

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iclası keçirildi - FOTO

Hazırda oxunan: Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iclası keçirildi - FOTO

11574

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib.

Bizim.Media xəbər verir ki, Vəkillər Kollegiyasından bildirilib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq, onlayn qaydada keçirilən iclasda çıxış edən Kollegiyanın sədri Anar Bağırov qurumun cari fəaliyyəti barədə məlumat verib. 
 

MÖVZU İLƏ BAĞLI:

Keçmiş hakimlər Vəkillər Kollegiyasının üzvü oldu


Dövlət hesabına göstərilən hüquqi yardımla bağlı məsələlərin müzakirə edildiyi iclasda Prezident İlham Əliyevin 2021-ci il 3 fevral tarixli Sərəncamı ilə hakim vəzifəsinə təyin edilmiş Vəkillər Kollegiyasının üzvlərinin mükafatlandırılması və Vətən müharibəsində iştirak etmiş 9 vəkilin tibbi-sosial reabilitasiyası məqsədilə tədbirlərin görülməsi məsələlərinə baxılıb və müsbət qərar qəbul olunub. 

İclasda, həmçinin Vəkillər Kollegiyası və “ELSA Azerbaijan”ın birgə layihəsi olan “Prodemos – xalq üçün” layihəsinə hər ay maddi yardımın göstərilməsi qərara alınıb.

Həmçinin COVID-19 virusuna yoluxmuş və Kollegiyaya müraciət etmiş vəkillərin müraciətlərinə baxılıb, onlara pul formasında maddi dəstəyin verilməsi barədə müvafiq qərarlar qəbul olunub. 

Eyni zamanda, iclasda yeni Vəkil Bürosunun təsis olunması, həmçinin vəkil kabinetinin yaradılması ilə bağlı məsələyə baxılıb və müsbət qərar verilib.

Daha sonra vəkillərin başqa vəkil qurumuna keçmək, fərdi qaydada fəaliyyət göstərmək və fəaliyyətlərində fərqlənmiş vəkillərin mükafatlandırılması ilə bağlı məsələlərə baxılıb və müsbət qərar verilib. 

Bundan başqa, bir sıra intizam işlərinə, Kollegiyanın fəaliyyəti ilə bağlı məsələlərə baxılıb və müvafiq qərarlar qəbul edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO