“Ölkəmizdə dərman qıtlığı yoxdur” – Nazir

“Ölkəmizdə dərman qıtlığı yoxdur” – Nazir

Hazırda oxunan: “Ölkəmizdə dərman qıtlığı yoxdur” – Nazir

115739

“Hazırda ölkəmizdə hər hansı bir dərman qıtlığı yoxdur”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev səsləndirib. 

“Bildiyiniz kimi, dünyada baş verən konfliktlər nəticəsində enerji daşıyıcılarının qiymətləri qeyri-sabitliyi, ənənəvi logistik zəncirlərin qırılması, nəticədə dərman istehsalında istifadə olunan xammalın qiymətinin, nəqliyyat xərclərinin artmasına gətirib çıxarıb.
Bunun nəticəsi olaraq, müəyyən dərmanların qiyməti nisbətən artıb. Ölkəmizdə bu vəziyyət daimi nəzarətdədir, lazımi tədarüklər görülüb, dərman preparatlarının ehtiyatı təmin olunub”, - deyə nazir əlavə edib. 

Alçina Amilqızı, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO