Gürcüstanda atışma: 5 nəfər öldü - 1-i polis əməkdaşıdır

Gürcüstanda atışma: 5 nəfər öldü - 1-i polis əməkdaşıdır

Hazırda oxunan: Gürcüstanda atışma: 5 nəfər öldü - 1-i polis əməkdaşıdır

115734

Gürcüstanın Saqareco şəhərində bir nəfər insanlara balkondan atəş açması nəticəsində 1-i polis əməkdaşı olmaqla, 5 nəfər həlak olub, daha beş nəfər yaralanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, silahlı şəxs yaşadığı evdə barrikada quraraq əvvəlcə həyətdə yoldan keçənlərə, daha sonra isə polis əməkdaşlarına atəş açıb.

Hadisə yeri mühasirəyə alınıb, əlavə polis qüvvələri hadisə yerinə cəlb edilib. Şübhəli intihar edib.

Şübhəli şəxsin 1974-cü il təvəllüdlü, Əfqanıstanda sülhməramlı missiyada iştirak etmiş keçmiş hərbçi olduğu məlum olub. 2006-2021-ci illərdə Müdafiə Nazirliyinin strukturlarında işləyib.
İşdən çıxarılma səbəbi açıqlanmır.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO