Cəlilabad məktəbindəki qanunsuzluqlarla bağlı cinayət işi BAŞLANDI

Cəlilabad məktəbindəki qanunsuzluqlarla bağlı cinayət işi BAŞLANDI

Hazırda oxunan: Cəlilabad məktəbindəki qanunsuzluqlarla bağlı cinayət işi BAŞLANDI

115574

Təhsil müəssisəsində aşkar edilmiş qanunsuzluqlarla bağlı cinayət işi başlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Cəlilabad rayon prokurorluğu yayıb.

Cəlilabad rayon Zərbiəlli kənd məktəbində baş verən qanunsuzluqlarla bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı qeyd edilən məktəbdə 2019-2022-ci illər ərzində tədris edilməmiş dərs saatlarına görə əmək haqqı ödənilməsi və nəticədə dövlət büdcəsinə xeyli miqdarda ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə), 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO