“Qarabağ Azərbaycandır!” müsabiqəsi keçirildi - VİDEO

“Qarabağ Azərbaycandır!” müsabiqəsi keçirildi - VİDEO

Hazırda oxunan: “Qarabağ Azərbaycandır!” müsabiqəsi keçirildi - VİDEO

11554

Müdafiə Nazirliyinin dəstəyi və Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “Qarabağ Azərbaycandır!” devizi altında yeddi nominasiya üzrə hərbi vətənpərvərlik mövzusunda internet müsabiqəsi keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumata görə, müsabiqənin məqsədi işğaldan azad edilmiş torpaqlar uğrunda canlarından keçən döyüşçülərin igidliklərini tərənnüm etmək olub.

İnternet istifadəçilərinin böyük marağına səbəb olan müsabiqəyə nominasiyalar üzrə 101 iştirakçı qoşulub.

Azərbaycan vətəndaşları ilə yanaşı xarici ölkələrdən də müsabiqədə iştirak etmək üçün qeydiyyatdan keçənlər olub.

Müsabiqənin keçirildiyi müddət ərzində 300.000-dən çox baxış sayı olub, ümumilikdə 151.000-ə yaxın şəxs səsvermədə iştirak edib.

Yeddi nominasiya üzrə həyata keçirilən müsabiqədə onlayn səsvermə nəticəsində 44 nəfər qalib müəyyən edilib.

Müsabiqədə qalib gəlmiş iştirakçılar diplomla mükafatlandırılıb və onlar üçün ekskursiyalar təşkil edilib.

Bizim.Media

 




© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO