Hulusi Akar çörəyi Zakir Həsənovla bölüşdü - FOTOLAR

Hulusi Akar çörəyi Zakir Həsənovla bölüşdü - FOTOLAR

Hazırda oxunan: Hulusi Akar çörəyi Zakir Həsənovla bölüşdü - FOTOLAR

11532

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və türkiyəli həmkarı Hulusi Akar Qarsda keçirilən “Qış təlimi-2021” Türkiyə-Azərbaycan birgə təlimlərini izləyəndən sonra ərazidəki səhra çörəkxanasına baş çəkiblər.

Bizim.Media xəbər verir ki, türkiyəli nazir çörəklərdən birini götürərək onu həmkarı Z.Həsənovla bölüşüb.

 

MÖVZU İLƏ BAĞLI:

“Bütün dünya bilsin ki, daim Azərbaycanın yanındayıq” - Hulusi Akar


Bundan başqa, nazirlər əsas müşahidə məntəqəsində təlimlərlə bağlı məlumat alıblar. 
Daha sonra hər iki nazir qış mövsümündə ordunun təchizatı ilə məşğul olan heyətin hərbi andını dinləyiblər. 

Hərbi marş bitdikdən sonra H.Akar və Z.Həsənov birlikdə “Allah türk ordusunu qorusun!” deyiblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO