AMEA-dan RƏSMİ: Mehdiyev deputatları məhkəməyə verməyib

 AMEA-dan RƏSMİ: Mehdiyev deputatları məhkəməyə verməyib

Hazırda oxunan:  AMEA-dan RƏSMİ: Mehdiyev deputatları məhkəməyə verməyib

11528

AMEA Prezidenti Ramiz Mehdiyevin 15 deputatı Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında məhkəməyə verməsi haqda yayılan məlumatlarla bağlı AMEA rəsmi açıqlama yayıb.

AMEA Mətbuat Xidmətindən Bizim.Media-ya daxil olan məlumatda bildirilir ki, bəzi KİV-lərdə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin guya bir qrup deputatı məhkəməyə verdiyinə dair əsassız məlumatlar yayılıb.

 

MÖVZU İLƏ BAĞLI:

“Mən ona vaxtında cavab vermişəm...” – Millət vəkili Ramiz Mehdiyevin iddiasına əsəbiləşdi


"İctimaiyyətin diqqətinə çatdırırıq ki, yayılan bu xəbər həqiqəti qətiyyən əks etdirmir və akademik Ramiz Mehdiyev heç bir millət vəkili ilə bağlı məhkəməyə müraciət etməyib".

"Bir daha xatırlatmaq istəyirik ki, AMEA prezidenti hər bir Azərbaycan vətəndaşı kimi şərəf və ləyaqətini məhkəmədə qorumaq haqqına sahibdir, lakin bu hüququndan nə zaman istifadə edəcəyi onun öz ixtiyarındadır".

"Bir daha ölkə KİV-lərini əsassız məlumatlar yaymaqdan çəkinməyə və cəmiyyətdə çaşqınlıq yaratmamağa çağırırıq. KİV redaktorları öz oxucu auditoriyasına hörmətlə yanaşmalı və insanların vaxtını yalan məlumatlarla almamalıdırlar", - deyə qeyd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO