NATO nümayəndəsi regiona niyə gəlir? – Zərdüşt Əlizadənin AÇIQLAMASI

NATO nümayəndəsi regiona niyə gəlir? – Zərdüşt Əlizadənin AÇIQLAMASI

Hazırda oxunan: NATO nümayəndəsi regiona niyə gəlir? – Zərdüşt Əlizadənin AÇIQLAMASI

115249

Cənubi Qafqaz bölgəsinə dünya güclərinin marağı artdıqca müxtəlif beynəlxalq təşkilat və dövlətlərin bölgəmizə səfərləri intensiv xarakter almağa başlayıb.

Regionda marağı olan təşkilatlardan biri də NATO-dur. 

Bu həftə ərzində NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolominanın Cənubi Qafqaza səfəri fonunda Azərbaycana səfəri gözlənilir.

O, həmçinin Ermənistanda da olacaq. Məlumata görə, səfər zamanı xüsusi nümayəndə regionda təhlükəsizlik sahəsində baş verən hadisələrlə bağlı və NATO-nun hər iki ölkə ilə tərəfdaşlıq məsələsində yüksək vəzifəli rəsmilərlə fikir mübadiləsi aparacaq. 

Bizim.Media-ya açıqlamasında səfəri dəyərləndirən politoloq Zərdüşt Əlizadənin fikrincə, Kolominanın gəlişi NATO-nun ümumi strategiyası ilə bağlıdır: 

“NATO-nun Cənubi Qafqazla bağlı ümumi strategiyası isə regiondan Rusiyanı sıxışdırıb çıxarmaqdan ibarətdir. NATO üç Cənubi Qafqaz ölkəsilə müsbət əlaqələr qurmaqda, həmçinin bölgədə hansısa bir inteqrasiya prosesinin getməsi və Cənubi Qafqazın Avropa İttifaqının müttəfiqi olmasından maraqlı olduğunu göstərir.

Ona görə də müxtəlif üsullardan istifadə etməklə tədricən region ölkələrilə münasibətləri yaxşılaşdırırlar.

Bu fonda da təlimlər keçir, zabitlərimizə dərs keçirlər. “Bir ayının min oyunu, bir armudun üstündədir” ifadəsində deyildiyi kimi, NATO rəsmilərinin bölgəmizə səfərlərinə də ilk növbədə onların öz maraqları prizmasından yanaşmaq lazımdır”. 

Rüfət Sultan, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO