Cari tədris ilində təhsil krediti alan tələbələrin SAYI

Cari tədris ilində təhsil krediti alan tələbələrin SAYI

Hazırda oxunan: Cari tədris ilində təhsil krediti alan tələbələrin SAYI

115228

Cari tədris ilinin payız sessiyasında təhsil tələbə krediti (TTK) almaq üçün müraciət edənlərin statistikası açıqlanıb.

Bizim.Media Təhsil Tələbə Krediti Fonduna istinadən xəbər verir ki, bu günə qədər 7602 tələbə kredit almaq üçün müraciət edib. Onlardan 470 nəfərin müraciəti natamam olub, 439 nəfərin müraciəti emal mərhələsindədir.

Habelə 1025 nəfərin müraciətinə imtina cavabı verilib, 93 nəfərin müraciəti isə banka yönləndirilib.

Payız sessiyası üzrə 5575 nəfərə TTK verilib. Onların arasından 2127 nəfərin müraciəti sosial TTK, 3448 nəfərin müraciəti isə standart TTK olaraq rəsmiləşdirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO