Azərbaycanda sabiq nazir vəfat etdi

Azərbaycanda sabiq nazir vəfat etdi

Hazırda oxunan: Azərbaycanda sabiq nazir vəfat etdi

115147

Azərbaycan Respublikasının 1996-2001-ci illərdə iqtisadiyyat naziri olan Namiq Nəsrullayev vəfat edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya sosial şəbəkələrdə yer alıb.

Xatırladaq ki, Namiq Nəsrullayev 2 fevral 1945-ci ildə Bakıda dünyaya gəlib.

O, Hesablama Palatasının ilk sədri (2001–2007) olub, 2007-ci ilin aprel ayında səhhəti ilə əlaqədar öz xahişi ilə həmin vəzifədən azad edilib.

Namiq Nəsrullayev 1973-cü ildə SSRİ Nazirlər Sovetinin xüsusi mükafatı, 1986-cı ildə "Əmək rəşadəti" medalı, 2005-ci ildə Rusiya Federasiyasının Prezidentinin fərmanı ilə "Dostluq" ordeni, 2007-ci ildə Rusiya Federasiyasının Hesablama Palatasının "Fərqlənmə nişanı" ilə təltif edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO