Qubada YAP-ın rayon təşkilatının 30 illiyi qeyd olundu - FOTO 

Qubada YAP-ın rayon təşkilatının 30 illiyi qeyd olundu - FOTO 

Hazırda oxunan: Qubada YAP-ın rayon təşkilatının 30 illiyi qeyd olundu - FOTO 

115093

Bu gün Qubada Yeni Azərbaycan Partiyasının rayon təşkilatının yaranmasının 30 illiyi münasibəti ilə tədbir keçirilib. 

Bizim.Media-nın Şimal bürosunun məlumatına görə, Ümummilli lider Heydər Əliyevin Quba şəhərindəki abidəsinin ziyarətindən sonra YAP-ın rayon təşkilatının binasında baş tutan tədbirdə öncə dahi şəxsiyyət H.Əliyevin və şəhidlərin xatirədi bir dəqiqəlik sükutla anılıb.

Çıxışlarda Qubada iqtidar partiyasının 30 illik yaranma tarixindən ətraflı danışılıb.Quba İcra Hakimiyyətinin başçısının 1-ci müavini Tariyel İbrahimov, YAP-ın rayon təşkilatının sədri Fidan Hüseynova və digər natiqlər YAP-ın rayon təşkilatının respublikada ilk yaranan təşkilatlarından olduğunu deyərək partiyanın Qubada keçdiyi 30 illik yola nəzər salıblar.  
Sonda şəhid ailələrinə hədiyyələr təqdim edilib. YAP-ın yerli fəallarına fəxri fərmanlar ,partiya sıralarına yeni qəbul olunmuş şəxslərə isə vəsiqələr verilib.  

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO