BİZİM TƏQVİM: Azərbaycanın Avropa Şurasına qəbul olunmağından 22 il ötür

BİZİM TƏQVİM: Azərbaycanın Avropa Şurasına qəbul olunmağından 22 il ötür

Hazırda oxunan: BİZİM TƏQVİM: Azərbaycanın Avropa Şurasına qəbul olunmağından 22 il ötür

115067

Avropa Şurasının Nazirlər Komitəsi 2001-ci ilin məhz bu günündə Azərbaycanın təşkilata tamhüquqlu üzv qəbul edilməsi barədə qərar qəbul edilib.

Bəs, 17 yanvarda daha hansı hadisələr baş verib?

1. 17 yanvar 1605-ci ildə “Don Kixot” romanı ilk dəfə nəşr olunub. 

2. 1685-ci ilin bu günündə Vyanada Johannes Diodato tərəfindən ilk kafe açılıb.

3. 1773-cü ilin 17 yanvarında Ceyms Kuk və onun komandası Antraktik dairəyə yaxınlaşıblar. 

4. 1819-cu ilin bu günündə Simon Bolivar Kolumbiya Respublikasını elan edib.

5. 17 yanvar 1852-ci ildə Sand-River müqaviləsi ilə İngiltərə,Transvaaldakı(Cənubi Afrika) müstəmləkələrinin istiqlaliyyətini qəbul edib. 

6. 1944-cü ilin bu günündə İkinci Dünya Müharibəsinin ən uzun və qanlı döyüşlərindən biri Monte Kasino döyüşü başlayıb.

7. 17 yanvar 1946-cıildə BMT Təhlükəsizlik Şurasının ilk iclası keçirilib.

8. 1991-ci ilin bu günündə “Səhrada tufan” hərbi əməliyyatı çərçivəsində müttəfiq ölkələr İraqı və Küveyti bombalayıblar.

9. 17 yanvar 1994-cü ildə Cənubi Kaliforniyada 6,7 bal gücündüə zəlzələ baş verib. Nəticədə, 61 nəfər ölüb, ölkəyə 20 milyard dollar ziyan dəyib.

10. 1995-ci ilin bu günündə Yaponiyanın Osaka - Kobe bölgəsində 7,2 bal gücündə bir zələzələ baş verib. Nəticədə 6 mindən çox insan həyatını itirib. 

11.  17 yanvar 1995-ci ildə Yaponiyada Kobe şəhəri 7,2 bal gücündə zəlzələ ilə sarsıldı. 6 min 434 nəfərin həyatını itirdiyi, 40 mindən çox insanın xəsarət aldığı təbii fəlakətin ölkəyə verdiyi maddi zərər 200 milyard dollar oldu.  

Bəs, 17 yanvarda kimlər xatırlanır?

1. 1926-cı ilin bu günündə Azərbaycan şairi Mədinə Gülgün anadan olub.

2. Davud Zöhrabov 1929-cu il yanvarın 17-də Bakıda doğulub. 1953-cü ildən "Azərbaycanfilm" kinostudiyasında işə başlayan katyor 10-dan artıq kinofilmə çəkilib.

3. 17 yanvar 1942-ci ildə dünya şöhrətli boksçu Məhəmməd Əli anadan olub.

4. İqtisad elmləri doktor, professor İslam İbrahimov 17 yanvar 1948-ci ildə anadan olub.

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO