Tennisçimiz 5 qitənin ən istedadlıları sırasında yer aldı

Tennisçimiz 5 qitənin ən istedadlıları sırasında yer aldı

Hazırda oxunan: Tennisçimiz 5 qitənin ən istedadlıları sırasında yer aldı

115035

Azərbaycanlı stolüstü tennisçi Onur Quluzadə 5 qitənin ən istedadlıları sırasında yer alıb.

Bizim.Media xəbər verir ki, o, Beynəlxalq Stolüstü Tennis Federasiyasının təlim-məşq toplanışına qatılacaq.

İstedadlı idmançıya seçmə komandanın baş məşqçisi Mixail Timofeyev müşaiyət edəcək.

Fransanın Hennebont şəhərində təşkil olunacaq “World Hopes Week & Challenge” toplanışına 5 qitədən 40 oğlan və qız idmançı dəvət alıb. 

İstedadları ilə seçilən həmin stolüstü tennisçilər yanvarın 22-dək keçiriləcək toplanış çərçivəsində təlimlərdə və mini-turnirlərdə iştirak edəcəklər.
Qeyd edək ki, Onur Quluzadə bir neçə ildir müntəzəm olaraq Avropa Stolüstü Tennis Birliyinin analoji təlimlərinə qatılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO