Tələbələrin nəzərinə: Təhsil krediti almaq üçün qeydiyyat bu gün yekunlaşır

Tələbələrin nəzərinə: Təhsil krediti almaq üçün qeydiyyat bu gün yekunlaşır

Hazırda oxunan: Tələbələrin nəzərinə: Təhsil krediti almaq üçün qeydiyyat bu gün yekunlaşır

115024

Fevralın 16-sı saat 00:00-dan etibarən 2022-2023-cü tədris ilinin payız semestri üzrə təhsil tələbə krediti üçün qeydiyyat yekunlaşacaq.

Bu barədə Bizim.Media-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, yaz semestri üzrə təhsil krediti almaq istəyən tələbələr notarial qaydada təsdiqlənmiş ərizə ilə Təhsil Tələbə Krediti Fonduna elektron formada müraciət edə bilərlər.

Payız semestri üzrə alınan notarial qaydada təsdiqlənmiş ərizə yaz semestri üçün də keçərlidir.

Qeyd edək ki, 2022-2023 tədris ilinin payız semestrində ümumilikdə 5560 tələbə təhsil kreditindən yararlanıb. Onlardan 2120-si sosial, 3440-ı standart kreditdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO