Mələkxanım səhnədən itən bacısı oğlu Mirkamildən DANIŞMAQ İSTƏMƏDİ - VİDEO

Mələkxanım səhnədən itən bacısı oğlu Mirkamildən DANIŞMAQ İSTƏMƏDİ - VİDEO

Hazırda oxunan: Mələkxanım səhnədən itən bacısı oğlu Mirkamildən DANIŞMAQ İSTƏMƏDİ - VİDEO

115022

Xalq artisti Mələkxanım Əyyubova səhnədən itən bacısı oğlu müğənni Mirkamil Kamilovdan danışmaqdan boyun qaçırıb.  

Bizim.Media xəbər verir ki, “Sözbaz” maqazin verilişinin müxbirinin “Mirkamil haradadır?” sualı ilə sənətkara müraciəti cavabsız qalıb.  

M.Əyyubova Mirkamilin adını eşidən kimi, müsahibəni yarıda saxlayıb və bacısı oğlundan danışmaq istəməyib.  

Xatırladaq ki, ötən il Ramal bildirib ki, Mirkamil sənətdən küsüb:  

“Bu sənətdəsənsə, küsmək olmaz. Mirkamilə də deyirəm, göz önündəyik. Nə etsək, bəlli olur. Deyirik, Mirkamil, gəl, daşı tök ətəyindən. Deyir ki, hələ hazırlaşıram”.
Qeyd edək ki, Mirkamil Kamilov uzun illər əvvəl ürəyindən ağır əməliyyat keçirib. Ondan sonra o, səhnəyə geri qayıtsa da, müəyyən səbəblərə görə efirlərdən uzaqlaşıb. Həmçinin müğənni sosial şəbəkə hesabını da bağlayıb. Mələkxanım Əyyubova Ramalın bibisi, Mirkamilin xalasıdır.
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO