Ərəblər

Ərəblər "Liverpul"a müştəri çıxdılar

Hazırda oxunan: Ərəblər "Liverpul"a müştəri çıxdılar

115006

Qətər təmsilçiləri ABŞ-ın "Fenway Sports Group" şirkəti tərəfindən satışa çıxarılan İngiltərənin "Liverpul" futbol klubunun səhmlərini ala bilərlər.

Bizim.Media xəbər verir ki, bu barədə qətərli jurnalist Məhəmməd Səid Əl-Kaabi məlumat yayıb.

“Liverpul Futbol Klubunun alınması Qətər üçün əsas prioritetdir. Ölkə bunda çox maraqlıdır. Lakin hazırda sövdələşmə tamamlanmayıb. Gəlin, yaxın bir neçə gün ərzində nə baş verəcəyini gözləyək”, - deyə o qeyd edib.

"Fenway Sports Group"un sahibi olan Con Henri 2010-cu ildə "Liverpul"u satıb alıb.

Onun rəhbərliyi dövründə klub Çempionlar Liqasının (2019) və Premyer Liqanın (2020) qalibi olub. Hazırda "Liverpul" hazırda Premyer Liqada 18 matçdan sonra 28 xalla 9-cu pillədə qərarlaşıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO