Şəkidə meşələrin qırılması ilə bağlı nazirlikdən açıqlama -

Şəkidə meşələrin qırılması ilə bağlı nazirlikdən açıqlama - "Fındıq bağı salınır"

Hazırda oxunan: Şəkidə meşələrin qırılması ilə bağlı nazirlikdən açıqlama - "Fındıq bağı salınır"

11498

Xəbər verdiyimiz kimi, Şəkinin Bideyiz kəndi yaxınlığında yenidən meşələrin irimiqyaslı qırılmasına başlanılıb. Bu barədə sosial şəbəkələrdə məlumatlar yayılıb.

Mövzu ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin inkişafı xidmətinin rəisi Namik Xıdırov Bizim.Media-nın sorğusuna cavab verib.

 

MÖVZU İLƏ BAĞLI:

Şəkidə ekoloji terror - Meşələrin qırılmasına başlanıldı - FOTO


Bildirib ki, Milli Meşə Proqramına əsasən açıq meşə sahələrində aqrobağların salınması üçün şərait yaradılır:

«Şəkinin Bideyiz kəndi yaxınlığındakı açıq meşə sahəsində də fındıq bağı salınır»,-deyə o qeyd edib.

Nazirlik nümayəndəsinin sözlərinə görə, meşə fondunun istifadəsiz qalmış açıq sahələrinin potensialından səmərəli istifadə etmək məqsədilə açıq meşə fondu torpaqları icarəyə verilə bilər:

«Hazırda meşə ərazilərinin açıq sahələrində aqrobağların və sənaye əhəmiyyətli meşələrin salınması işləri həyata keçirilir. Bu da meşə örtüyünün artması ilə yanaşı yeni iş yerlərinin açılmasına, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına, ixrac potensialının yüksəlməsinə və ərzaq bolluğuna səbəb olacaq»-deyə o vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO