Nepalda təyyarə qəzaya uğradı: 30 nəfər ölüb - VİDEO

Nepalda təyyarə qəzaya uğradı: 30 nəfər ölüb - VİDEO

Hazırda oxunan: Nepalda təyyarə qəzaya uğradı: 30 nəfər ölüb - VİDEO

114841

Bazar günü Nepalda Yeti Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 30 nəfər həlak olub.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə BNO agentliyi ölkənin hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, təyyarənin göyərtəsində 72 nəfər, o cümlədən 10 xarici vətəndaş olub. Qəza Nepalın qərbindəki Pokxara şəhərində baş verib.
Aviaşirkətin sözçüsü Sudarşan Bartola bildirib ki, “təyyarə qəzasında sağ qalanların olub-olmadığı hələlik məlum deyil”.

O, qeyd edib ki, Fransa-İtaliya konserni ATR tərəfindən istehsal olunan ATR 72 sərnişin təyyarəsi yerə çırpılıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO