Xaçmazda gizli toy edənlər saxlanılıb.
Daxili İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman restoranlardan birində gizli şəkildə toy mərasiminin keçirildiyini aşkar ediblər.
MÖVZU İLƏ BAĞLI:
"Karantin rejiminin bitməsi bayramı"nı edənlər cərimələndi - VİDEO
Şöbə əməkdaşları tərəfindən məclis dərhal dayandırılıb, məclisin təşkilatçısı və orada iştirak edən 50-ə yaxın şəxs barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.
Məclis iştirakçılarından 19 nəfərə İXM-nin müvafiq maddəsi ilə cərimə protokolları tərtib olunub, qadınlar və azyaşlılarla isə profilaktiki söhbətlər aparılaraq karantin rejimi qaydalarına riayət etmələri barədə məlumat verilib.
Bizim.Media