Gəncədə 2 VAZ toqquşdu, 5 nəfər xəstəxanalıq oldu 

Gəncədə 2 VAZ toqquşdu, 5 nəfər xəstəxanalıq oldu 

Hazırda oxunan: Gəncədə 2 VAZ toqquşdu, 5 nəfər xəstəxanalıq oldu 

114807

Gəncədə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Azərbaycan Bayrağı küçəsində qeydə alınıb.

Hərəkətdə olan 2 “VAZ-2107” markalı avtomobilin toqquşması nəticəsində 1996-ci il təvəllüdlü Ruslan Məmmədov, 1996-cı il təvəllüdlü Kamran Qasımov, 1998-ci il təvəllüdlü Turac İmaməliyev, 1998-ci il təvəllüdlü Ruslan Həsənzadə və 1999-cu il təvəllüdlü İlqar Pənahov xəsarət alıblar.

Zədəlilər xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO