Oğuzda AĞIR QƏZA – Xəsarət alan var - FOTO 

Oğuzda AĞIR QƏZA – Xəsarət alan var - FOTO 

Hazırda oxunan: Oğuzda AĞIR QƏZA – Xəsarət alan var - FOTO 

114790

Oğuzda ağır qəza baş verib, sürücü və sərnişini xəsarət alıb. Hadisə rayonun Sincan kəndi ərazisində qeydə alınıb.

Bizim.Media-nın yerli bürosunun məlumatına əsasən kənd ərazisində hərəkətdə olan "VAZ-2107" markalı avtomobil sürət həddini aşdığından yoldan çıxaraq ağaca çırpılıb.

Qəza nəticəsində avtomobilin sürücüsü Aslan Umarov və onun sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Oğuz rayon mərkəzi xəstəxanasında sürücü Aslan Umarova ilkin tibbi yardım göstəriləndən sonra vəziyyəti ağır olduğundan onu Şəki rayon mərkəzi xəstəxanasına göndəriblər.
Avtomobildə olan və hələlik adı məlum olmayan sərnişinin xəsarətləri yüngül olduğundan o, Oğuz rayon mərkəzi xəstəxanasında müayinə və müalicəsini davam etdirir.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

Tural Rasim oğlu, Bizim.Media, Şiaml-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO