Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Kəpəz" bu gün ilk yoxlama oyununu keçirib.
Bizim.Media xəbər verir ki, Gəncə təmsilçisi Macarıstanın "MTK Budapeşt" komandası ilə qarşılaşıb.
Matç Azərbaycan klubunun minimal hesablı qələbəsiylə başa çatıb.
Qeyd edək ki, Kəpəz" yanvarın 16-da "Novi Pazar" (Serbiya), 18-də isə "Kaysar"la (Qazaxıstan) qarşılaşacaq.
"Kəpəz" - "MTK Budapeşt" 1:0
Rəşad Rafiqoğlu, Bizim.Media
