Yunanıstanın paytaxtı Afinada polislə tələbələrin qarşıdurması yaşanıb.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, yüzlərlə insan şəhərin mərkəzindədir.
Məlumata görə, etirazçılar parlamenti mühasirəyə alıblar. Polis nümayişçiləri gözyaşardıcı qazla dağıtmaq istəyəndə etirazçılar hüquq-mühafizə orqanlarına “molotov kokteyli” ilə cavab veriblər.
Etirazlara səbəb təhsil haqqında yeni qanundur. Qanun qəbul olunarsa, ali təhsil almaq müddətləri ciddi məhdudlaşdırılacaq. Bundan başqa, tələbə şəhərciklərinə polis nəzarət edəcək.
Bizim.Media