“Məğlub etdiyim qrossmeysterlə dostam” - Teymur Rəcəbov

“Məğlub etdiyim qrossmeysterlə dostam” - Teymur Rəcəbov

Hazırda oxunan: “Məğlub etdiyim qrossmeysterlə dostam” - Teymur Rəcəbov

11476

"Aniş Giri ilə yaxşı münasibətim var və biz dostuq. Düzünü desəm, qələbəyə görə özümü xoşbəxt hiss etmirəm".

Bizim.Media xəbər verir ki, bu fikiləri Çempionlar Turunun "Opera Euro Rapid" adlanan üçüncü mərhələsinin 1/4 finalında niderlandlı Aniş Girini mübarizədən kənarlaşdıran Azərbaycan şahmatçısı Teymur Rəcəbov yarışın rəsmi saytına açıqlamasında deyib.

 

MÖVZU İLƏ BAĞLI:

Teymur Rəcəbov yarımfinala vəsiqə qazandı


34 yaşlı qrossmeyster bunun qələbə kimi hiss olunmadığını vurğulayıb:

"Uğur qazanmaq yaxşıdır, amma başqa oyunçulara qarşı qazandığım qələbədən sonra keçirdiyim hisslərlə eyni deyil".

Qeyd edək ki, Teymur Rəcəbov bu gün yarımfinalda ABŞ təmsilçisi Uesli So ilə üz-üzə gələcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO