“Qarabağ” Polşa klubuna uduzdu - VİDEO 

“Qarabağ” Polşa klubuna uduzdu - VİDEO 

Hazırda oxunan: “Qarabağ” Polşa klubuna uduzdu - VİDEO 

114662

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Qarabağ" ilk yoxlama oyununu keçirib.

Bizim.Media xəbər verir ki, Ağdam təmsilçisi Polşanın "Rakuv" klubu ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin 3:0 hesablı qələbəsi ilə başa çatıb. "Qarabağ"ın yeni transferi Adama Diakabi Ağdam təmsilçisində debüt edib. Fransalı hücumçu 2-ci hissədə meydana çıxıb.

Qeyd edək ki, “Qarabağ” Antalyada daha iki sınaq matçı keçirəcək. Azərbaycan çempionu yanvarın 18-də Serbiya "Çukariçki"si və Polşa "Poqon"u ilə üz-üzə gələcək.

Rəşad Rafiqoğlu, Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO