Güclü külək Xaçmazın dəniz qırağı kəndlərində işıq problemi yaradıb.
Rayonun Xəzər dənizi sahilində yerləşən Nabran-Yalama və Ralıdlı -Bostançı istiqamətindəki yaşayış məntəqələrində ötən gündən enerji fasilələlərlə verilir.
Yerli sakinlərin sözlərinə görə, işıq olmayanda içməli su sarıdan da problem yaşanır. Üstəlik, məktəblərin istilik sistemi də enerji verilişi dayananda işlək vəziyyətini itirir.
Məsələ ilə bağlı Xudat Elektrik Şəbəkəsindən Bizim.Media-ya verilən açıqlamada bildirilir ki, şəbəkənin qəza briqadası ötən gündən enerjinin yaratdığı fəsadların aradan qaldırılması ilə məşğuldur. Bərpa işləri hazırda davam etdirilir.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
![Güclü külək Xaçmazın kəndlərini İŞIQSIZ QOYDU Güclü külək Xaçmazın kəndlərini İŞIQSIZ QOYDU](https://bizim.media/file/articles/2023/01/13/1673613835_111.jpeg)
- A-
- A
- A+
Cəmiyyət
16:45 / 13.01.2023
Güclü külək Xaçmazın kəndlərini İŞIQSIZ QOYDU
Hazırda oxunan: Güclü külək Xaçmazın kəndlərini İŞIQSIZ QOYDU
Hazırda oxunan: Güclü külək Xaçmazın kəndlərini İŞIQSIZ QOYDU
114617
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.