Cəlilabadda avtobusun salonunu qaz balonu ilə qızdıran sürücü saxlanılıb - VİDEO

Cəlilabadda avtobusun salonunu qaz balonu ilə qızdıran sürücü saxlanılıb - VİDEO

Hazırda oxunan: Cəlilabadda avtobusun salonunu qaz balonu ilə qızdıran sürücü saxlanılıb - VİDEO

114409

Cəlilabadda avtobusun salonunu qaz balonu ilə qızdıran sürücü saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Baş DYP İdarəsi məlumat yayıb.

Qeyd olunub ki, bu gün onlayn mediada mikroavtobus sürücüsünün idarə etdiyi nəqliyyat vasitəsində məişətdə istifadə olunan qaz balonu daşıyaraq onu salonu isitmək məqsədilə işlək vəziyyətə gətirməsini əks etdirən videogörüntü yayımlanıb.
 

MÖVZU İLƏ BAĞLI:

Sürücü isinmək üçün avtobusun salonunda qaz balonu yandırdı – VİDEO


Baş DYP İdarəsi tərəfindən sözügedən videomaterial üzrə dərhal müvafiq tədbirlər həyata keçirilib və Cəlilabad şəhərində müntəzəm marşurut xətti üzrə sərnişin daşma fəaliyyəti göstərən “Mercedes” markalı, 10-OG-584 dövlət nömrə nişanlı mikroavtobusun sürücüsü Yaşar Bağırov saxlanılıb.

Nəqliyyat vasitəsi DYP-nin mühafizə olunan duracağına yerləşdirilib, sürücü Y.Bağırov barəsində intizam tənbehi tədbirlərinin görülməsi üçün araşdırma başlanılıb.

Baş DYP İdarəsi belə halların yolverilməz olduğunu xatırlatmaqla yanaşı, bir daha sərnişin daşma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərə müraciət edərək onlara sərnişinlərin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına biganə qalmamağı, fəaliyyətlərini qanunla nəzərdə tutulmuş tələblər səviyyəsində həyata keçirməyi tövsiyə edir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO