Bakının bu rayonunda 11 yaşayış binası söküləcək - FOTO

Bakının bu rayonunda 11 yaşayış binası söküləcək - FOTO

Hazırda oxunan: Bakının bu rayonunda 11 yaşayış binası söküləcək - FOTO

114362

Bakının Nizami rayonunda daha bir yaşayış binasının sökülməsinə başlanılıb.

Bizim.Media trend.az-a istinadən xəbər verir ki, bu, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 76 ünvanında yerləşən yaşayış binasıdır.

Həmin binadan artıq sakinlərin köçürülməsinə başlanılıb.

Bina sakinlərin verdiyi məlumata görə, tikintini aparacaq şirkətlə razılığa gəlinərək, müqavilələr bağlanıb. Sakinlərə mənzillərinin otaq sayına görə kirayə haqqı ödənilir. Artıq bir neçə ailə kirayə mənzillərə köçürülüb.
Sakinlərin sözlərinə görə, ərazidə hündürmərtəbəli bina tikiləcək və həmin binadan sakinlərə mənzillər veriləcək. Yeni mənzillərin sahəsi isə indikindən 20 faiz böyük olacaq.

Qeyd edək, ərazidəki 11 binanın mərhələli şəkildə sökülməsi nəzərdə tutulur. Artıq binalardan ikisi bir neçə ay əvvəl sökülüb. İlkin mərhələdə 5, növbəti mərhələdə isə 6 binanın söküləcəyi gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO