Ötən ay məişət zorakılığı törədənlərin 45-i kişi, 10-u qadın olub

Ötən ay məişət zorakılığı törədənlərin 45-i kişi, 10-u qadın olub

Hazırda oxunan: Ötən ay məişət zorakılığı törədənlərin 45-i kişi, 10-u qadın olub

114326

Ötən ay məişət zorakılığı törədənlərin 45 nəfəri kişi, 10 nəfəri isə qadın olub.

Bu barədə Bizim.Media Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə istinadən məlumat verir.

Bildirilib ki, 2022-ci ilin dekabr ayında Dövlət Komitəsinə daxil olan məişət zorakılığı ilə bağlı müraciətlərdə psixoloji zorakılıq üzrə şikayətlər üstünlük təşkil edib.

Şikayət edənlərin əksəriyyətinin zorakılığın bir neçə növünə məruz qaldığı məlum olub.

Belə ki, müraciətlərin 55-i psixoloji, 26-sı isə fiziki zorakılıqla bağlı olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO