İlham Əliyev Praqa görüşünün detallarını AÇIQLADI - VİDEO 

İlham Əliyev Praqa görüşünün detallarını AÇIQLADI - VİDEO 

Hazırda oxunan: İlham Əliyev Praqa görüşünün detallarını AÇIQLADI - VİDEO 

114101

“Praqa görüşü haqqında deyə bilərəm ki, bu, qeyri-adi bir görüş idi. Çünki həddindən çox çəkdi və iki raunddan ibarət idi. Birinci görüş təxminən bir saat çəkdi və biz gördük ki, razılığa gələ bilmirik. Ona görə danışdıq ki, axşam yeməyindən, ziyafətdən sonra bir daha yığışacağıq. Bir daha yığışdıq və o görüş təxminən dörd saatdan çox çəkdi. Görüş bitəndə Bakı vaxtilə səhər saat 5 idi”.  

Bizim.Media xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Praqa görüşünün detallarından danışarkən bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev: “İkinci Qarabağ müharibəsinin nəticələri dünya tərəfindən qəbul edilib”


“İkinci maraqlı detal ondan ibarət idi ki, bir an mən özüm-özümə dedim ki, sanki burada Ermənistan-Fransa komandası bir tərəfdədir, biz isə başqa tərəfdəyik, Şarl Mişel isə hakimdir.

Çünki Ermənistan tərəfi üçün çətin olan anlarda Ermənistan nümayəndə heyətinin üzvləri Fransa nümayəndə heyətinin üzvləri ilə kənara çəkilib pıçıltı ilə, necə deyərlər, cükküldəşirdilər, danışırdılar, müzakirə edirdilər. Yəni, bu, açıq-aşkar görünürdü. Çünki bir neçə saat bir balaca otaqda olmaq, əlbəttə ki, bu detalları görmək üçün bir imkandır. Yəni, emosiyaları gizlətmək bəzən çətin olur”, - deyə ölkə başçısı qeyd edib. 

 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO