Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Nadim Raza ilə görüşüb.
Bu barədə Bizim.Media-ya Azərbaycanın Pakistandakı səfirliyindən məlumat verilib.
Pakistan Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Nadim Raza Dağlıq Qarabağ məsələsində Pakistanın Azərbaycanın haqlı mövqeyini daim dəstəklədiyini bildirib.
MÖVZU İLƏ BAĞLI:
“Azərbaycan Kəşmir məsələsində mövqeyimizi cəsarətlə dəstəkləyib” - Pakistan səfiri
General, iki ölkə arasındakı olan qardaşlıq münasibətlərinin inkişafından məmnunluğunu ifadə edərək, Azərbaycan Silahlı Qüvvələri ilə təcrübə mübadiləsi, birgə təlimlərin keçirilməsi, qarşılıqlı səfərlərin təşkili, hərbi, hərbi-təhsil və hərbi-texniki sahədə əməkdaşlığın davam etdirilməsi və daha da möhkəmlənməsinə Pakistan Silahlı Qüvvələrinin önəm verdiyini və bu istiqamətdə səylərin daha da artırılacağını bildirib.
Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə göstərilən mənəvi və siyasi dəstəyə görə Pakistan xalqına və Hökümətinə, eləcə də Pakistan Silahlı Qüvvələrinə təşəkkürlərini çatdırıb.
Görüşdə, regionda sülh və sabitliyin təmin olunmasında Pakistan və Azərbaycanın göstərdiyi səylər, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Bizim.Media