Prezidentdən Laçın-Xankəndi yolundakı ekofəallara DƏSTƏK: “Onlar bizim fəxrimizdir” - VİDEO 

Prezidentdən Laçın-Xankəndi yolundakı ekofəallara DƏSTƏK: “Onlar bizim fəxrimizdir” - VİDEO 

Hazırda oxunan: Prezidentdən Laçın-Xankəndi yolundakı ekofəallara DƏSTƏK: “Onlar bizim fəxrimizdir” - VİDEO 

114086

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün yerli telekanallara müsahibə verib. 

Bizim.Media xəbər verir ki, dövlət başçısı müsahibə zamanı Laçın-Xankəndi yolunda ekofəalların keçirdiyi aksiyadan da danışıb. 

“İlk növbədə o gənclərə eşq olsun demək istəyirəm. Onlar bizim fəxrimizdir. Gecə-gündüz, şaxtalı qarlı havada oradadırlar. Öz haqqlarını tələb edirlər. Bir də Azərbaycan gəncinin nə qədər yüksək keyfiyyətlərə malik olmasını bütün dünyaya göstərirlər”. 

Ölkə başçısı qeyd edib ki, bunun bir addımlığında separatçılar dünyaya tamamilə yalan informasiya ötürməklə məşğuldurlar:

Birincisi hər kəs gördü ki, orada blokadadan söhbət gedə bilməz. 400-ə yaxın sülhməramlıların yük avtomobili oradan keçiblər, bu, hələ bir ay olmayıb. Əlbəttə ki, bu aksiyaya qədər oradan keçən bütün nəqliyyat vasitələri nəzarət altında idi.  

Biz haradan öyrəndik ki, İran maşınları oraya yanacaq aparır? Biz bunu orada gördük. Halbuki, İran tərəfi bunu əvvəllər inkar etməyə çalışırdı.

Hətta İran maşınları üzərinə saxta erməni nömrələri yapışdıraraq, primitiv şəkildə bizi aldatmağa çalışırdılar. Hardan biz öyrənmişik ki, 20-yə yaxın İran vətəndaşı qanunsuz olaraq oraya keçib?” 

Müsahibənin daha ətraflı videosunu təqdim edirik: 
 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO