“Kosmik fəaliyyətlərimiz sahəsində Azərbaycan və Pakistanla müqavilələrimiz hazırdır, imzalanma mərhələsinə gəldik”.
Bizim.Media “Anadolu” agentliyinə istinadla xəbər verir ki, bunu Türkiyənin sənaye və texnologiyalar naziri Mustafa Varank deyib.
MÖVZU İLƏ BAĞLI:
Türkiyə Azərbaycanla bu sahədə də əməkdaşlıq edəcək
Nazirin sözlərinə görə, Türkiyə kosmik fəaliyyətlə bağlı üç ölkə ilə sənəd imzalayıb.
Qeyd edək ki, ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin 10 milli kosmik proqramını açıqlayıb.
O, 2023-cü ilə qədər Aya enmək və Türkiyə vətəndaşı olan kosmonavtın hazırlanması planlarının olduğunu söyləyib.
Bizim.Media