37 cüdoçumuz Avstriyada təlim-məşq toplanışına qatılıb - FOTO

37 cüdoçumuz Avstriyada təlim-məşq toplanışına qatılıb - FOTO

Hazırda oxunan: 37 cüdoçumuz Avstriyada təlim-məşq toplanışına qatılıb - FOTO

114013

Azərbaycanın cüdo üzrə milli komandası Avstriyanın Miteşil şəhərində təşkil olunan Olimpiya təlim düşərgəsində iştirak edir.

Bizim.Media xəbər ki, 9-17 yanvar aralığında keçirilən təlim-məşq toplanışına böyüklərdən və gənclərdən ibarət kişi milli yığma komandadan 27 idmançı qatılıb. Qadınlardan ibarət milli yığma komandadan isə 10 cüdoçu iştirak edir.

1993-cü ildən bəri keçirilən təlim-məşq toplanışına dünyanın 45 ölkəsindən 700-dən çox idmançı dəvət olunub. Onların arasında reytinq cədvəlinə düşən ilk 7 idmançı, 14 Olimpiya çempionu, 5 Dünya çempionu və digər nüfuzlu turnirlərin qalibləri və mükafatçıları var.
“İdmançılarımızın Miteşil Olimpiya idman düşərgəsində iştirakları Portuqaliyada keçiriləcək Qran Pri və Paris Böyük Dəbilqə turnirlərinə hazırlıq məqsədi daşıyır. Həmçinin, bu təlim yeni strategiyalar və texnikalar üzərində işləmək üçün müsbət şərait yaradacaq”, - deyə böyüklərdən ibarət milli yığmanın baş məşqçisi Riçard Trautman bildirib.

Cüdoçularımıza performans direktoru Mark van der Ham, böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyüklərdən ibarət yığmanın böyük məşqçisi Elçin İsmayılov, gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov və qadınlardan ibarət yığmanın məşqçisi Elnur İsmayılov rəhbərlik edir.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO