Rusiya Makeyevkada ölən 89 hərbçinin siyahısını dərc etməyəcək - SƏBƏB

Rusiya Makeyevkada ölən 89 hərbçinin siyahısını dərc etməyəcək - SƏBƏB

Hazırda oxunan: Rusiya Makeyevkada ölən 89 hərbçinin siyahısını dərc etməyəcək - SƏBƏB

113934

Rusiya Federasiyasının Samara vilayətinin hərbi komissarı Aleksey Vdovin Makeyevkada öldürülən rus hərbçilərinin siyahılarının dərc olunmayacağını bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “The Insider” nəşri yayıb.

“Siyahılar dərc olunmayacaq. Hərbi komissarlıqlarda mövcud olan bütün məlumatlar şəxsən hərbi qulluqçuların ailə üzvlərinə verilir. Siyahıları dərc etmək mümkün deyil.
Birincisi, bu, şəxsi məlumatlardır. İkincisi, xarici kəşfiyyat xidmətləri hərbi qulluqçuların yaxınlarına qarşı təxribat xarakterli tədbirlər həyata keçirə bilər”, - deyə hərbi komissar bildirib.

Yanvarın 1-də Ukrayna Silahlı Qüvvələri tərəfindən Makeyevkadakı peşə məktəbi binası atəşə tutulub. Orada rus çağırışçılar yerləşdirilmişdi.

Rusiya Federasiyası Müdafiə Nazirliyinin məlumatına görə, 89 nəfər həlak olub, onların əksəriyyəti Samara vilayətindən səfərbər olunub. Ukrayna tərəfi daha əvvəl bəyan etmişdi ki, zərbədən sonra 400-ə yaxın rus əsgəri həlak olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO