Ağsunun Daşdəmirbəyli kənd məktəbi qəzalı vəziyyətdə - FOTO

Ağsunun Daşdəmirbəyli kənd məktəbi qəzalı vəziyyətdə - FOTO

Hazırda oxunan: Ağsunun Daşdəmirbəyli kənd məktəbi qəzalı vəziyyətdə - FOTO

113932

"Ağsu rayon Daşdəmirbəyli kənd orta məktəbin binası acınacaqlı vəziyyətdədir. Belə ki, binanın tavanı uçub, qapı-pəncərələr sıradan çıxıb və istifadə üçün yararlı deyil". 

Bu barədə Bizim.Media-nın yerli bürosuna kənd sakinləri məlumat verib. 

Sakinlər bildirirlər ki, əslində bu bina 1962-ci ildə bir mərtəbəli korpus kimi tikilib və ibtidai sinif şagirləri üçün istifadəyə verilib.

Sonradan kənddə ehtiyac yarandığından rayon təhsil şöbəsi tərəfindən əlavə iki korpus da tikilərək orta məktəb kimi fəaliyyətini genişləndirib. Hazırda bina tədris ocağından çox daxmaya bənzəyir. Acınacaqlı vəziyyətdə olan bu binada şagirdlərin normal dərs keçmələri üçün heç bir şərait yoxdur.
Qeyd edilib ki, bir mərtəbəli və üç korpusdan ibarət olan məktəbin dam örtüyünün yarasız olması, sinif otaqlarının dağılması, stol və stulların isə istismar müddətini başa vurması burada dərs keçən şagirdlər və onlara dərs deyən müəllimlər üçün ayrı bir dərddir. 

Məktəbin direktoru Vahid Xəlilov bildirib ki, məktəb binası illərdir ki, istifadə olunmasına baxmayaraq, burada bir dəfə də olsun əsaslı təmir işləri aparılmayıb.

Məktəbin qəzalı vəziyyətdə olmasına görə, bəzi valideynlər övladlarının bu tədris ocağına getməsini istəmirlər ki, hər an bir qəza ola bilər və ya məktəb uça bilər. 

Onların sözlərinə görə, dərs zamanı şagird bilmir dərs oxusun, yoxsa sınmış döşəmənin arasından çıxan ilanlardan və ya böcəklərdən özünü qorusun. İstər qış, istərsə də yay aylarında bu məktəbdə dərs keçmək mümkün deyil.

Qeyd edək ki, Daşdəmirbəyli kənd orta məktəbi rayon mərkəzindən 4 km aralıda yerləşir. Məktəbdə 142 şagirdin təlim tərbiyəsi ilə 21 müəllim məşğul olur və məktəb uyğunlaşdırılmış binada yerləşir.

Mövcud acınacaqlı vəziyyətlə bağlı məktəbin bu vəziyyətinə cavabdeh olan Dağlıq Şirvan Regional Təhsil İdarəsi ilə əlaqə saxladıq.

İdarənin ictimaiyyətlə əlaqədar məsul şəxsi Anar Osmanov Bizim.Media-nın yerli bürosuna bildirib ki, adı çəkilən məktəbin qəzalı olması ilə bağlı məlumatlıdırlar.
Qurum rəsmisi onu da bildirdi ki, Daşdəmirbəyli kənd orta məktəb binasının yenidən tikilməsi 2019-2023-cü il dövlət proqramına salınıb və yaxın vaxtlarda kənddə yüksək səviyyəli yeni məktəb binası tikilərək məktəb kollektivinin istifadəsinə veriləcək. Mövzunu diqqətdə saxlayacağıq.

Aqil Əsədov, Bizim.Media, Aran bürosu











© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO