Azərbaycan, Türkiyə və İran parlamentinin sədrləri regional problemləri müzakirə edib

Azərbaycan, Türkiyə və İran parlamentinin sədrləri regional problemləri müzakirə edib

Hazırda oxunan: Azərbaycan, Türkiyə və İran parlamentinin sədrləri regional problemləri müzakirə edib

113915

“Üç qardaş ölkənin parlament sədrləri kimi görüşməyimiz regionumuzda sülhün, sabitliyin və əmin-amanlığın möhkəmləndirilməsi üçün ümumi iradəyə malik olduğumuzun göstəricisidir”.

Bizim.Media xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova və İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibafla üçtərəfli görüş zamanı deyib.

Onun sözlərinə görə, hər üç ölkə regional və qlobal sülhün bərqərar olması üçün qüvvələrini birləşdirməlidir.

Ermənistan-Azərbaycan probleminə toxunan Şentop Türkiyənin bir tərəfdən Azərbaycanı haqlı davasında dəstəklədiyini, digər tərəfdən Ermənistanla normallaşma prosesinə başladığını xatırladıb.
“Bu yanaşma həm də bizim regiondakı problemlərin qarşılıqlı dialoq və əməkdaşlıq əsasında regiondaxili mexanizmlər vasitəsilə həllinə dair baxışımızın bir hissəsidir. Əsasən, regional normallaşmaya baxışımız kənar müdaxilənin olmadığı, üçüncü tərəflərin təsir yaratmaq cəhdlərinin minimuma endiyi, region ölkələrinin bir-biri ilə sülh və əməkdaşlıq şəraitində inkişaf etdiyi bir gələcəyi nəzərdə tutur.

Bunun reallaşması üçün bölgədə əlavə gərginlik yaradacaq, etimadsızlıq və tərəddüd yaradacaq hərəkətlərdən qaçmaq, əksinə, səmimi və açıq şəkildə hərəkət etmək, ehtiyac yarandıqda səmimi dialoq qurmaq daha məqsədəuyğun olardı.

Əgər buna nail olmasaq, növbəti tarixi fürsəti əldən verəcəyik və qeyri-regional aktyorların daha təsirli olması üçün qapı açacağıq”.

Şentop regionda nəqliyyat dəhlizi və enerji sahəsində əməkdaşlıq potensialına diqqət çəkib.

Görüşdə Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova və İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf da öz fikirlərini bildirib və üçtərəfli görüş formatının davam etdirilməsini dəstəkləyiblər.
Bundan sonra növbəti görüşün Bakıda və ya Tehranda keçirilməsi razılaşdırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO