Nazir idmançılarla GÖRÜŞDÜ - FOTO 

Nazir idmançılarla GÖRÜŞDÜ - FOTO 

Hazırda oxunan: Nazir idmançılarla GÖRÜŞDÜ - FOTO 

113890

Yanvarın 9-da gənclər və idman naziri Fərid Qayıbov ötən ilin dekabr ayı ərzində nüfuzlu beynəlxalq turnirlərdə ölkəmizi uğurla təmsil etmiş Azərbaycan idmançıları ilə görüşüb.

Bizim.Media xəbər verir ki, tədbirdə idmançıları salamlayan Fərid Qayıbov bildirib ki, idmançılarımız beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edirlər.  

Qazandıqları nailiyyətlər münasibətilə onları təbrik edən nazir, yeni ildə böyük qələbələr arzulayıb.  

Qazax güləşi, uşu, xüsusi olimpiyanın atletika, qaçış və tullanma idman növlərinin təmsilçiləri çıxış edərək qazandıqları qələbələr barədə məlumat veriblər.  

Tədbirdə həmçinin Gənclər və İdman Nazirliyinin Kollegiya qərarı ilə “Azərbaycan Respublikasının Əməkdar məşqçisi”, “Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi” fəxri adlarına, “Respublika Dərəcəli Hakim” adına layiq görülmüş bir sıra idman mütəxəssislərinə müvafiq döş nişanları və vəsiqələr təqdim edilib. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO